"Qafqazinfo"ya daxil olan məlumata görə, səfir bu gün media nümayəndələrinə verdiyi açıqlamasında bunları deyib: "Müstəqil ölkəyə qarşı hərbi əməliyyatlar keçirmək həmin ölkənin süverenliyini və beynəlxalq qanunları pozmaqdır və günahsız insanların öldürülməsindən, dağıntıların və xarabalıqların yaranmasından başqa bir nəticəsi olmayacaq".
İran səfiri beynəlxalq təşkilatların və birliklərin müstəqil ölkələrə, o cümlədən Suriyaya müdaxilənin müqabilində sükut etməsini regionda böhranın daha da dərinləşməsinə səbəb olduğunu bildirib və beynəlxalq aləmin bu səhvi Yəməndə təkrarlamayacağına ümid etdiyini söyləyib. O, bildirib ki, İran Yəməndə baş verən hadisələri diqqətdə saxlayır: "Yəmənin daxili münaqişəsi sülh və danışıq yolu ilə və digər ölkələrin müdaxiləsi olmadan həll olunmalıdır. İran sülhsevər ölkə olaraq Yəməndə böhranın və beynəlxalq qanunların pozulmasının qarşısını almaq üçün çalışacaq".
Son xəbərlər
Son Xəbərlər