İranın Bakı səfirliyindən edam xəbərləri ilə bağlı - Bəyanat

iranin-baki-sefirliyinden-edam-xeberleri-ile-bagli
Oxunma sayı: 1963

İranın Bakıdakı səfirliyi bəzi kütləvi informasiya vasitələrində İranda bir sıra Əhli-sünnə alimlərinin edam edilməsi ilə bağlı yayılmış xəbərləri təkzib edib.

Səfirlikdən “Qafqazinfo”ya daxil olan xəbərə görə, bəzi Azərbaycan KİV-nin həmin xəbərləri yayımlamasında məqsəd Səudiyyə Ərəbistanının hakimləri tərəfindən Ərəbistan şiələrinin rəhbəri Şeyx Baqir ən-Nimrin edam edilməsi hadisəsini kölgədə saxlamaq və beləliklə də şiə və Əhli-sünnə məzhəbləri arasında müharibəyə şərait yaratmağa çalışmaqdır:

“İran İslam Respublikasının Səfirliyi İslam dünyasında hər növ təfriqə və ixtilaf yarada biləcək əməlləri qınayır və bu kimi əsassız və yalan xəbərlərin yayılmasını İslam düşmənlərinin dəyirmanına su tökmək kimi qiymətləndirir. Eyni halda kütləvi informasiya vasitələrinə belə bir həssas dönəmdə yalnız doğru xəbərləri yaymaqla öz insansevər vəzifələrinə əməl etməyi tövsiyə edir”.