İranın dini liderindən Trampa bənzətmə - “Sərsəri”

iranin-dini-liderinden-trampa-benzetme
Oxunma sayı: 760

İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xamenei ABŞ prezidenti Donald Tramp üçün “Sərsəri dünyasına yeni girənlər kimi sağa-sola bıçaq sallayır” bənzətməsini edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Xamenei ABŞ-ın yeni hökumətini “təcrübəsiz” adlandırıb:

“Onlar nə etdiklərini bilmirlər. Ağızlarına silləni yeyəndə dünyanın necə olduğunu başa düşəcəklər”.

Ali lider ABŞ-ın İrana qarşı sərgilədiyi mövqeni isə belə tənqid edib:

“İran sağlam şəkildə ayaq üstündədir. Bilsinlər ki, onlar bizə deyil, biz onlara endirərik”.