İranın hərbi gəmiləri Bakıda - Video

iranin-herbi-gemileri-bakida
Oxunma sayı: 1769

İran Hərbi Dəniz Qüvvələrinin “Peykan” və “Cövşən” raket katerləri iyulun 30-da Bakıya gəliblər. 

“Qafqazinfo” xəbər verir ki, buna səbəb Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsində iştirak etməkdir.