“Hücum nəticəsində hərbi bazaya cüzi zərər dəyib” - Haqari

hucum-neticesinde-herbi-bazaya-cuzi-zerer-deyib
Oxunma sayı: 5027

“İranın hücumu nəticəsində ölkənin cənubundakı hərbi bazaya cüzi ziyan dəyib və itki yoxdur”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari açıqlama yayıb.

Onun sözlərinə görə, İrandan İsrailə 200-dən çox pilotsuz uçuş aparatı, qanadlı raketlər və ballistik raketlər göndərilib.

Hücumların əksəriyyəti İsrail hava məkanından kənarda dəf edilib.