“İranın İsrailə cavabı qaçılmazdır”.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu İtaliya Baş nazirinin müavini, xarici işlər naziri Antonio Tayani deyib.
“İranlı həmkarım mənə deyib ki, Tehranın reaksiyası qaçılmazdır. Mən də öz növbəmdə bildirdim ki, regionda eskalasiyaya yol vermək səhv olardı, bu isə mülki əhali üçün xüsusilə təhlükəlidir. Amma mənə elə gəlir ki, İranın mövqeyi kifayət qədər sərtdir”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, İranın mövqeyi ilə bağlı illüziyalar yaratmağa ehtiyac yoxdur, lakin Yaxın Şərq nizamlanması ilə bağlı tərəflərə təzyiqlər davam edəcək.
Xatırladaq ki, Yaxın Şərqdə vəziyyətin kəskin şəkildə pisləşməsi Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun sədri İsmayıl Haniyənin Tehranda ölümündən sonra başlayıb.