“İran İsrailə raket hücumunu suverenliyin pozulmasına qanuni cavab hesab edir”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəliyi “X” sosial şəbəkəsində məlumat yayıb.
“İsrailin İran vətəndaşlarına və maraqlarına qarşı yönəlmiş, İran İslam Respublikasının milli suverenliyini pozan terror aktlarına rasional və qanuni cavabı layiqincə yerinə yetirilib”, - diplomatik nümayəndəliyin məlumatında qeyd olunub.