İngiltərənin paytaxtı Londonda yerləşən İran səfirliyinə hücum olunub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.
Məlumata əsasən, insident martın 9-da qeydə alınıb. Bir neçə qara geyimli şəxs səfirliyin eyvanına qalxaraq İranın dövlət bayrağını çıxarıblar. Əvəzində isə özləri ilə gətirdikləri iki bayrağı asıblar.
Polis hadisə ilə bağlı 4 nəfəri saxlayıb.
İranın Böyük Britaniyadakı səfiri Həmid Baidinecat faktı təsdiqləyib. Onun sözlərinə görə, hadisəni törədənlər “britaniyalı şiələr” sektasının üzvləri olub.
Son xəbərlər
Son Xəbərlər