İranın müvəqqəti işlər vəkili Ukrayna XİN-ə çağırıldı

iranin-muveqqeti-isler-vekili-ukrayna-xin-e-cagirildi
Oxunma sayı: 850

İranın Ukraynadakı müvəqqəti işlər vəkili Şəhriyar Amuzeqar XİN-ə çağırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, XİN Ş. Amuzeqara Ukraynanın İran tərəfindən Rusiyaya mümkün ballistik raketlərin tədarükü ilə bağlı xəbərlərə görə dərin narahatlığını bildirib.

Qeyd olunub ki, bu fakt öz təsdiqini taparsa, bunun Ukrayna-İran ikitərəfli münasibətləri üçün dağıdıcı və bərpa olunmaz nəticələri olacaq.