İranın nüvə mərkəzindəki partlayışla bağlı ABŞ-dan - Açıqlama

iranin-nuve-merkezindeki-partlayisla-bagli-abs-dan
Oxunma sayı: 1944

“ABŞ-ın İranın Nətənzdəki nüvə təsisindəki insidentlə heç bir əlaqəsi yoxdur”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ evin mətbuat katibi Cen Psaki açıqlama yayıb.

“Biz insidentlə bağlı xəbərləri gördük. Heç bir şəkildə bu işə qarışmamışıq”, - deyə Psaki bildirib.

Amerika administrasiyasının baş verən hadisənin Vyanada İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) ilə bağlı danışıqların gedişatına təsir göstərə biləcəyindən ehtiyat edib-etməməsi sualına isə Psaki belə cavab verib:

“Səbəblər və ya təsirlər barədə, bu müzakirələrdə iştirak dəyişikliyi haqda söyləyə biləcəyim əlavə heç nə yoxdur”.