“İranın qəza ilə bağlı çağırışını təmin edə bilmədik”

iranin-qeza-ile-bagli-cagirisini-temin-ede-bilmedik
Oxunma sayı: 5791

“ABŞ İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəzaya uğraması ilə bağlı İranın yardım xahişini qəbul edib, lakin bunu təmin edə bilməyib”. 

“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, bunu Dövlət Departamentinin sözçüsü Metyu Miller jurnalistlərə açıqlaması zamanı deyib. 

“İran hökuməti bizdən kömək istədi. Biz onlara açıq şəkildə bildirdik ki, bu tip vəziyyətdə yardım təklif edəcəyik. Sonda biz kömək göstərə bilmədik”, - deyə o bildirib.

Millerin sözlərinə görə, əsasən logistik xarakterli səbəblər ucbatından kömək etmək mümkün olmayıb.