İranın Rusiyadakı səfirliyinin “Twitter” hesabı bağlandı

iranin-rusiyadaki-sefirliyinin-twitter-hesabi-baglandi
Oxunma sayı: 875

İranın Rusiyadakı səfirliyinin “Twitter” hesabı bağlanıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə səfirliyin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilib ki, “Twitter” sosial şəbəkəsi heç bir izahat vermədən səfirliyin səhifəsini bağlayıb.

Qeyd edək ki, əvvəllərdə “Twitter” İranın bir sıra rəsmi şəxslərinin və informasiya agentliklərinin hesablarını bağlamışdı.