İranın sabiq səfiri koronavirusdan öldü

iranin-sabiq-sefiri-koronavirusdan-oldu
Oxunma sayı: 5594

İranın Vatikandakı keçmiş səfiri Hadi Xosrovşahi koronavirusdan ölüb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı "İran İnternational" telekanalı yayıb.

Məlumata görə, sabiq diplomat sözügedən virusun daha geniş yayıldığı Qum şəhərində dünyasını dəyişib.

Qeyd edək ki, İranın Səhiyyə nazirinin müavini  İrəc Hərirçi, vitse-prezident Məsumə Ebtekar, millət vəkili Mahmud Sadıqi də koronavirusa yoluxublar.

İranda koronavirusa yoluxanların sayı 245 nəfərdir. 26 nəfər isə dünyasını dəyişib.