Bu barədə “Qafqazinfo”ya məlumat Qafqaz Müsəlmanları İdarəsindən daxil olub. Məlumata görə, Heydər məscid-kompleksinin sədri Sabir Həsənli bildirib ki, yeni məscid 12 min kvadratmetr sahədə salınıb. Məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənib, ornamentlərin zənginliyi fasadda xüsusi arxitektura harmoniyası yaradıb. Burada 95 metrhündürlüyündə 4 minarə inşa olunub, məscidin daxilində xüsusi bəzək elementlərindən istifadə olunub, günbəzin kənarlarına Quran ayələri yazılıb. 55 metr hündürlüyündə olan baş günbəz, o cümlədən hündürlüyü 35 metr olan ikinci günbəz məscidin daxilinə xüsusi gözəllik verir. Qonağın diqqətinə çatdırılıb ki, ümumi sahəsi 20 hektar olan məscid-kompleksin ətrafında abadlaşdırma işləri aparılıb.
Kompleksin sədri vurğulayıb ki, Prezident İlham Əliyev məscidin tikintisini daim diqqət mərkəzində saxlayıb, burada həyata keçirilən inşaat işlərinin gedişi ilə yaxından maraqlanıb, mütəmadi olaraq buraya gələrək görülən işlərlə bağlı müvafiq tapşırıqlarını verib, məscidin açılışında ailəsi ilə bərabər iştirak edib.
Qafqazın ən böyük məscidi olan Heydər məscidi səfirdə xoş təəssürat yaradıb. Səfir Möhsün Pak Ayin Heydər məscid-kompleksinə nəfis tərtibatlı Qurani-Kərim hədiyyə edib.
Son xəbərlər
Son Xəbərlər