İranın Ukraynadakı səfirinin akkreditasiyası ləğv edildi

iranin-ukraynadaki-sefirinin-akkreditasiyasi-legv-edildi
Oxunma sayı: 2265

Ukrayna Prezidentinin Rusiya Federasiyası qoşunlarının Ukrayna ərazisində İran istehsalı olan silahlardan istifadə etməsi faktlarına reaksiya vermək üçün təxirəsalınmaz tədbirlərin görülməsi ilə bağlı mandatını yerinə yetirmək üçün sentyabrın 23-də İranın müvəqqəti işlər vəkili Ukrayna Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Ukrayna XİN bəyanat yayıb.

Bəyanata görə, İran tərəfinə bildirilib ki, Rusiya qoşunları tərəfindən Ukraynanın mülki əhalisinə və Müdafiə Qüvvələrinə qarşı bundan sonra da istifadə etmək üçün Rusiyaya İran silahlarının tədarükü Ukraynanın açıq şəkildə bəyan etdiyi neytrallıq, Ukraynanın suverenliyi və ərazi bütövlüyünə hörmət mövqeyinə birbaşa ziddir. Ukraynaya qarşı müharibə aparmaq üçün Rusiyaya silah vermək Ukrayna-İran münasibətlərinə ciddi zərbə vuran qeyri-dost hərəkətdir.

Ukrayna tərəfi bu cür qeyri-dost hərəkətə cavab olaraq İranın Ukraynadakı səfirinin akkreditasiyasını ləğv etmək, həmçinin İranın Kiyevdəki səfirliyində diplomatik işçilərin sayını xeyli azaltmaq qərarına gəlib.