İranın vitse-prezidenti koronavirusa yoluxdu

iranin-vitse-prezidenti-koronavirusa-yoluxdu
Oxunma sayı: 3817

İranın qadın və ailə məsələləri üzrə vitse-prezidenti Məsumə Ebtekar da koronavirusa yoluxub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə vitse-prezidentin müşaviri bildirib. Onun sözlərinə görə, Ebtekarın analiz nəticələri pozitiv çıxıb.

Qeyd edək ki, İranda koronavirusa yoluxanların sayı 245 nəfərə çatıb. 26 nəfər isə dünyasını dəyişib.