İranın xarici işlər naziri Türkiyəyə gedəcək

iranin-xarici-isler-naziri-turkiyeye-gedecek
Oxunma sayı: 1294

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan iyunun 27-də Türkiyəyə səfər edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin məlumatında deyilir. 

“İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan 27 iyun 2022-ci il tarixində ölkəmizə səfər edəcək. Səfər çərçivəsində keçiriləcək görüşlərdə ikitərəfli münasibətlərimizin gündəliyində duran məsələlərin, cari regional və beynəlxalq hadisələrin müzakirə olunacağı nəzərdə tutulur”, - deyə açıqlamada qeyd olunur.