İranın XİN rəhbəri Rusiyaya gedir

iranin-xin-rehberi-rusiyaya-gedir
Oxunma sayı: 1606

İranın xarici işləri Hüseyn Əmir Abdullahian Rusiyaya səfər edəcək.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova açıqlayıb.

Onun sözlərinə görə, yanvarın 17-si Moskvada Abdullahianla Rusiyanın XİN rəhbəri Sergey Lavrov arasında görüş keçiriləcək.

Nazirlər görüş zamanı bir sıra məsələlərlə yanaşı, Cənubi Qafqazdakı vəziyyət ətrafında da fikir mübadiləsi aparacaqlar.