İranın yeni Prezidenti and içdi - Video

iranin-yeni-prezidenti-and-icdi
Oxunma sayı: 4317

İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi keçirilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, inauqurasiya Tehranda parlamentin binasında baş tutub.

Xatırladaq ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən 8 nəfər helikopter qəzasında öləndən sonra növbədənkənar prezident seçkiləri elan edilib. Seçkilərdə 53,6% səs toplayan M.Pezeşkian İranın 9-cu prezidenti seçilib.