İranın yeni prezidenti Baydenlə görüşdən imtina etdi

iranin-yeni-prezidenti-baydenle-gorusden-imtina-etdi
Oxunma sayı: 2585

İranın yeni seçilmiş Prezidenti İbrahim Rəisi ABŞ-dan sanksiyaları aradan qaldırmağı tələb edib.

“Qafqazinfo” “Röyters”ə istinadən xəbər verir ki, bu barədə o, keçirdiyi mətbuat konfransında bəyan edib. Rəisi ABŞ Prezidenti Co Baydenlə görüşdən imtina etdiyini də açıqlayıb. O, bütün sanksiyalar götürülsə belə, Baydenlə görüşmək istəmədiyini deyib.

Qeyd edək ki, İranda prezident seçkisi iyunun 18-də keçirilib. İyunun 19-da elan olunan nəticəyə əsasən, İbrahim Rəisi qalib olub.