İranın yeni Prezidenti Haniyənin öldürülməsindən danışdı

iranin-yeni-prezidenti-haniyenin-oldurulmesinden-danisdi
Oxunma sayı: 673

“Tehran HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəni öldürən “terrorçu işğalçıları” peşman edəcək”.

”Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, bu barədə İranın yeni Prezidenti Məısud Pezeşkian bildirib.

Qeyd edək ki, İ. Haniyə iyulun 30-u İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün bu ölkədə səfərdə olub. Gecə saat 2 radələrində onun Tehranda yaşadığı iqamətgaha raket zərbəsi endirilib. Nəticədə HƏMAS rəhbəri və mühafizəçisi həlak olub.

HƏMAS onun İsrailin hücumu nəticəsində öldüyünü bəyan edib.