İranın yüksəkrütbəli polisi qətlə yetirildi

iranin-yuksekrutbeli-polisi-qetle-yetirildi
Oxunma sayı: 3217

İranın yüksəkrütbəli polisi qətlə yetirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb.

Qeyd olunub ki, İranın Sistan-Bəlucistan əyalətinin Xaş şəhərinin ictimai təhlükəsizlik üzrə polis rəisinin müavini naməlum şəxslər tərəfindən evinin yaxınlığında öldürülüb.

Onun mülki geyimdə cümə namazına qatıldıqdan sonra öldürüldüyü bildirilir.