İranla Fransa arasında gərginlik bitdi, yeni səfirlər təyin edildi

iranla-fransa-arasinda-gerginlik-bitdi-yeni-sefirler-teyin-edildi
Oxunma sayı: 748

İran və Fransa arasındakı əlaqələr 6 aydan sonra yenidən normallaşıb.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, iki ölkə hökumətləri 6 aylıq fasilədən sonra qarşılıqlı olaraq yenidən səfir təyin ediblər.

Fransa daha əvvəl Pakistanda səfir işləmiş Filip Tibunu İrana səfir təyin edib. İran isə Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımini Fransaya səfir olaraq göndərib.

Qeyd edək ki, iki ölkə arasındakı münasibət ötən ilin iyununda gərginləşmişdi. Həmin vaxt İran kəşfiyyatının Parisdə bombalı hücum təşkil edəcəyi iddia edilmiş, bu səbəbdən bir iranlı diplomat ölkədən qovulmuşdu.

Rəsmi Tehran isə hadisənin Avropa İttifaqı ilə İran arasındakı əlaqələrə zərbə endirmək istəyənlərin çirkli planı olduğunu irəli sürmüşdü. Fransanın səfir təyin etmə işini təxirə salmasıyla İran da Parisdəki səfirini geri çağırmışdı.

Filip Tibu

Bəhram Qasımi