“İranla müharibə fəlakət olacaq” - Səudiyyə Müdafiə naziri

iranla-muharibe-felaket-olacaq-
Oxunma sayı: 3753

Səudiyyə Ərəbistanı ilə İran arasındakı gərginliyin müharibəyə səbəb olub-olmayacağına birinci tərəf münasibət bildirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Müdafiə naziri Muhammed Bin Səlman Əl Suud baş verənlərdən sonra İranla müharibə aparmaq niyyətində olmadıqlarını açıqlayıb.

Economist jurnalına açıqlamasında nazir bildirib ki, müharibə gözləmirlər: “Ölkələri bu istiqamətə yönəldən kəslər isə ağlını itirib. Səudiyyə Ərəbistanı ilə İran arasında müharibə bölgədə böyük fəlakətin başlanğıcı olacaq və bütün dünyaya təsir edər. Qətiyyən buna izn verməyəcəyik”.