İranla Qarabağ məsələsi müzakirə olunacaq - - Nazir Bakıya gəlir

iranla-qarabag-meselesi-muzakire-olunacaq-
Oxunma sayı: 874


“Qafqazinfo”nun məlumatına görə, bunu Trend-ə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi M.C. Zərifi Dağlıq Qarabağ münaqişəsinin son hadisələri, eləcə də Bakının bu məsələ üzrə mövqeyi barədə məlumatlandıracaq.

M. Pakayin qeyd edib ki, İran münaqişənin başlanmasından etibarən nizamlanmada vasitəçiliyini təklif edib: “İran ölkələrin qərarına hörmət edir, hərçənd ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə bağlı nikbin düşünməyib. İran münaqişənin sülh yolu ilə nizamlanması üçün səylərini əsirgəməcəyək”.

İran XİN rəhbərinin Bakıdakı görüşlərinə gəlincə səfir bildirib ki, rəsmi görüşlər fevralın 16-da səhər saatlarında başlayacaq. M. C. Zərifin Azərbaycan Prezidenti İlham Əliyev, Milli Məclisin spikeri Oqtay Əsədov, Baş nazir Artur Rasizadə və xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri planlaşdırılıb.

O vurğulayb ki, tərəflər daha əvvəl müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əldə edilmiş razılaşmaların reallaşdırılmasını müzakirə edəcəklər: “Tehran və Bakı,eyni zamanda regional məsələləri müzakirə edəcəklər. İki ölkənin ekstremizm və terrorçuluqla mübarizəyə münasibətdə oxşar baxışları var”.

Səfir vurğulayıb ki, tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq barədə danışıqlar aparacaqlar və regional münaqişələrin həllinə yönəldilmiş səyləri müzakirə edəcəklər.

İran XİN rəhbəri Bakıya səfərin sonunda fevralın 16-da axşam saatlarında Minskə yola düşəcək.