İranla Rusiya Xəzərdə birgə təlimə başlayır

iranla-rusiya-xezerde-birge-telime-baslayir
Oxunma sayı: 1183

İran və Rusiya Dəniz Donanması Xəzər dənizində birgə axtarış-xilasetmə təlimi həyata keçirəcək.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə İran Dəniz Donanmasının komandanı, admiral Hüseyn Hanzadi “Mehr” agentliyinə açıqlamasında bildirib.

“Xəzər dənizində yaxşı əlaqələrə sahibik və bölgədə olan ölkələr də bu vəziyyətin fərqindədilər. Xəzərin təhlükəsizliyi bölkə ölkələri tərəfindən təmin olunur. Yaxın zamanda Rusiya Dəniz Donanması ilə birgə axtarış-xilasetmə təlimini həyata keçirəcəyik”, - deyə admiral söyləyib.

Hanzadi ortaq təlimin nə zaman başlayacağı haqda məlumat verməyib.