“İranla savaşa bilərik” - Vəliəhd şahzadə

iranla-savasa-bilerik
Oxunma sayı: 1993

ABŞ-da səfərdə olan Səudiyyə Ərəbistanı krallığının vəliəhd şahzadəsi Salman bin Məhəmməd İrana beynəlxalq təzyiqlərinin artırılmasını istəyib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, müttəfiqi ABŞ-ın siyasi dəstəyini alan şahzadə, İrana qarşı sərt açıqlama verməkdən çəkinməyib:

“Müharibədən çəkinmək üçün ciddi cəhd göstərməliyik. Əgər bunu bacara bilməsək, 10-15 il ərzində İranla savaşa bilərik”.

O, müharibədən yayınmaq üçün İrana beynəlxalq arenada iqtisadi və siyasi təzyiqlərinin artırılmasının vacib olduğunu dilə gətirib.

Qeyd edək ki, 19 martdan etibarən ABŞ-da səfərdə olan Salman bin Məhəmməd müxtəlif sahələr üzrə dəyəri milyard dollarlarla ölçülən müqavilələr imzalayıb.