İranlı Ayətullah Gülpayigani 103 yaşında öldü

iranli-ayetullah-gulpayigani-103-yasinda-oldu
Oxunma sayı: 1645

İranın tanınmış din xadimlərindən biri Ayətullah Lütfullah Safi Gülpayigani 103 yaşında dünyasını dəyişib.

“Qafqazinfo” “IRNA” agentliyinə istinadən xəbər verir ki, Gülpayigani ürəktutmadan vəfat edib. 

O, 1979-cu il İslam İnqilabının iştirakçısı olub. Gülpayigani, həmçinin İranın Ali rəhbərini seçən Ekspertlər Şurasının və qanun layihələrinin konstitusiyaya uyğunluğunu yoxlayan və əsas vəzifələrə namizədləri təsdiqləyən Konstitusiya Keşikçiləri Şurasının üzvü olub.