İranlı din xadimindən “Fatimeyi-Zəhra” məscidinin açılışı ilə bağlı təbrik

iranli-din-xadiminden-fatimeyi-zehra-mescidinin-acilisi-ile-bagli-tebrik
Oxunma sayı: 3190

İranın tanınmış din xadimi Ayətullah Məkarim Şirazi Azərbaycanda “Fatimeyi-Zəhra” məscidinin açılışı münasibətilə təbrik ünvanlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat Şirazinin rəsmi saytı “makarem.ir”də paylaşılıb.

“Azərbaycan Respublikası şiələrini və xüsusən də, o bölgənin alimlərini təbrik edərkən bu məscidin yenidən qurulmasında, başa çatdırılmasında və açılışında əməyi olan hər bir məsul şəxsə təşəkkür etməyi lazım bildik”, - deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, yanvarın 6-sı Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində “Xanım Fatimeyi Zəhra” məscidinin yeni binası istifadəyə verilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva məscidin yeni binasında yaradılan şəraitlə tanış olublar.