Türkiyənin məşhur aktrisası Hazal Kaya onu sosial şəbəkədə narahat edən iranlı pərəstişkarından ikinci dəfə şikayətçi olub.
“Qafqazinfo” xəbər verir ki, aktrisa iş yerinə hədiyyələr göndərən Eissa Yazdan Karami ilə bağlı İstanbul Baş Prokurorluğuna müraciət edib.
Prokurorluq isə Hazalın şikayətetmə müddəti başa çatdığı üçün araşdırmaya xitam verib.
Qeyd edək ki, E. Karami “facebook”da Kayanın fotolarını paylaşır, onun üçün ölümə hazır olduğunu bildirir.
Hətta, iranlı fanat silah sifariş verdiyini bildirir.
Son xəbərlər
Son Xəbərlər