İranlı narkobaronların himayədarları belə tutuldu - Video

iranli-narkobaronlarin-himayedarlari-bele-tutuldu
Oxunma sayı: 5621

İranlı narkobaronların Azərbaycandakı havadarlarına qarşı əməliyyatlar keçirilib.

DİN Mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, əməliyyatlar zamanı 36 nəfər saxlanılıb.

Belə ki, “Pünhan”, “Baba”,“Peyman”, “Araz” və s... şərti adları altında İrandan qaçaqmalçılıq yolu ilə ölkəmizə külli miqdarda narkotik vasitələr göndərən, sosial şəbəkələrdə gəncləri şirnikləndirici vədlərlə narkokuryerliyə cəlb edən mütəşəkkil cinayət dəstənin üzvləri saxlanılıblar. DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən son 20 gündə saxlanılan həmin şəxslərdən 114 kiloqram narkotik, psixotrop maddə, elektron tərəzilər və 3 min ədəd ekstazi və metadon həbi aşkarlanıb. Onların İranda yaşayan, şəxsiyyəti istintaqla müəyyən edilməyən narkobaronlara havadarlıq etdiyi müəyyən edilib.

Saxlanılanlar barəsində cinayət işi başlanıb, həbs qətimkan tədbiri seçilib. Əməliyyat tədbirləri davam etdirilir.