İranlı narkotacirin Bakıdakı dəstəsi ifşa edildi - Səs yazısı

iranli-narkotacirin-bakidaki-destesi-ifsa-edildi
Oxunma sayı: 3908

Azərbaycanda iranlı narkotacirlərin daha bir dəstəsi ifşa edilib.

DİN Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Xəzər rayonunda keçirilən əməliyyatlar zamanı Binə qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan dəstə üzvləri saxlanılıb. Elnur Əsədov və onun başçılıq etdiyi dəstənin daha 7 üzvü tutularaq istintaqa təqdim edilib.

E.Əsədovun sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşının göstərişi ilə paytaxt ərazisində narkokuryerliklə məşğul olan dəstə yaratdığı müəyyən olunub. Həmin şəxsin evinə və avtomobilinə baxış zamanı 1 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib.

Rayonda keçirilən digər əməliyyatlar zamanı isə 5 evdən, mağazadan, həmçinin 9 avtomobildən oğurluq edən şəxslər saxlanılıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, istintaq davam etdirilir.