İranda içərisində ölkənin idman naziri Seyid Həmid Səccadinin olduğu helikopter qəzaya uğrayıb.
“Qafqazinfo” “IRNA” agentliyinə istinadən xəbər verir ki, helikopter ölkənin cənubunda Baft şəhərində eniş zamanı qəzaya düşüb.
Məlumata görə, nazir və helikopterdə olan digər sərnişinlər yüngül travmalarla xəstəxanaya çatdırılıblar. Nazirin vəziyyətinin stabil olduğu bildirilir.
***
“IRNA”nın məlumatına görə, nazirin müşaviri İsmayıl Əhmədi qəza zamanı həlak olub.
Fotoda Seyid Həmid Səccadi

Son xəbərlər
Son Xəbərlər