İranlı nazir koronavirusa yoluxdu

iranli-nazir-koronavirusa-yoluxdu
Oxunma sayı: 830

İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi koronavirusa yoluxub.

“Qafqazinfo” İran mətbuatına istinadən xəbər verir ki, nazir ürəyin işemik xəstəliyi ilə əlaqədar Yollar və Şəhərsalma Nazirliyindəki ofisində karantinə alınıb.

Bu gün o, onlayn  olaraq İqtisadi Əməkdaşlıq Təşkilatının nəqliyyat nazirlərinin iclasında iştirak edib.

Bildirilib ki, Qasemi sabah Dadman binasındakı ofisindən bir neçə dəfə əyalət rəhbərləri ilə virtual görüşlər keçirəcək.

Xatırladaq ki, R.Qasemi 25 yanvarda ölkəmizdə səfərdə olub.