İranlı nazir koronavirusdan sağaldı

iranli-nazir-koronavirusdan-sagaldi
Oxunma sayı: 1811

İranın Sənaye, Mədən və Ticarət naziri Rza Rəhmani koronavirusdan sağalıb.

“Qafqazinfo” İran KİV-nə istinadən xəbər verir ki, karantində saxlanılan nazir artıq xəstəxanadan evə buraxılıb. Rəhmani müayinəsini evində davam etdirəcək.

Xatırladaq ki, Rəhmanidə koronavirus martın 4-də təsbit edilmişdi. O, vəziyyəti ağırlaşdığından reanimasiyaya yatırılmışdı.

Qeyd edək ki, İranda indiyədək koronavirusdan 2 min 731 nəfər sağalıb. 291 nəfər Covid-19-dan dünyasını dəyişib. Ümumi yoluxanların sayı isə 8 mini ötüb.