İranlı qadının festivalda kişini öpməsi ölkəni qarışdırdı- - Fotolar

iranli-qadinin-festivalda-kisini-opmesi-olkeni-qarisdirdi-
Oxunma sayı: 4605


“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Beynəlxalq Cannes Film Festivalının iranlı münsif üzvü Leyla Hataminin, festival başçısı Gilles Jacobun yanağından öpməsi İranı ayağa qaldırıb. İran Mədəniyyət nazirinin müavini Hüseyn Nuşabadi  Hataminin səhv hərəkət etdiyini bildirib. Cannes Film Festivalının simvolu sayılan fəxri rəhbəri Jacobla iranlı aktrisa Hataminin görüşməsinə  İran mediası geniş yer ayırıb. 

Mediada əks olunan şəkillər sosial şəbəkədə də  milli skandala çevrilib. IRIB radiosuna açıqlama verən Mədəniyyət nazirinin müavini Hüseyn Nuşabadi  "Beynəlxalq tədbirlərə qatılanlar  İran xalqının iffət və hörmətinə zərər vurmamalıdır, iranlılar, haqqınızda pis bir imic əks etdirməməlisiniz . Sənətçi və ya deyil, İran qadını məsumiyyətin simvoludur. Cannesdə sərgilənən bu yanlış davranış bizim dini prinsiplərimizə də uyğun deyil"-, deyə bildirib.  

Gilles Jacob isə “Twitter”də "xanım Hatamiyi mən öpdüm. Bu qərbdə gündəlik bir davranışdır. Xanım Hatami mənim üçün o anda bütün İran kinosunu temsil edirdi. Daha sonra yenidən özü oldu”-, deyə yazıb.