İranlı sürücü Bakıda qəza törətdi - 3 nəfər öldü

iranli-surucu-bakida-qeza-toretdi
Oxunma sayı: 2838

Bakıda İran vətəndaşının törətdiyi yol qəzası nəticəsində 3 nəfər ölüb.

Baş Dövlət Yol Polisi İdarəsindən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə ötən gün saat 19:00 radələrində Bakı-Qazax-Gürcüstan yolunun Qaradağ rayonu Sahil qəsəbəsindən keçən ərazidə baş verib. Yolun 28.5 km-də “Hovo” markalı yük avtomobilin qarşıda eyni istiqamətdə yolun sağ tərəfi ilə hərəkət edən “QAZ” markalı mikavtobusla toqquşub. Nəticədə “QAZ” avtomobilində olan 3 sərnişin hadisə yerində ölüb, sürücü isə xəsarət alıb.

Yük maşınının sürücüsünün İran vətəndaşı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.