İranlı ulduz portuqaliyalı futbolçuları irqçilikdə günahlandırdı

iranli-ulduz-portuqaliyali-futbolculari-irqcilikde-gunahlandirdi
Oxunma sayı: 1105

İran millisinin hücumçusu Sərdar Azmun DÇ-2018-in B qrupunda Portuqaliyaya qarşı keçirdikləri matçda (1:1) rəqib futbolçular tərəfindən irqçi ifadələrə məruz qaldıqlarını dilə gətirib.

"Qafqazinfo" xəbər verir ki, 23 yaşlı hücumçu oyun zamanı portuqaliyalı futbolçular tərəfindən ən ağır söyüşlərə məruz qaldıqlarını deyib:

"Portuqaliya ilə matçda rəqib futbolçular İran xalqına dilə gətirlməyəcək təhqirlər və irqçi hərəkət etdilər. Mən bunu dilimə gətirə bilmirəm. Ən ağır təhqirlərə baxmayaraq, biz də öz xalqımızın adından meydanda ən yaxşısını etməyə çalışdıq".

Qeyd edək ki, İran mundialı 4 xalla tamamlayıb və 1/8 finala adlaya bilməyib.