İranlıların yaratdığı narkoşəbəkənin üzvləri saxlanıldı

iranlilarin-yaratdigi-narkosebekenin-uzvleri-saxlanildi
Oxunma sayı: 2703

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi və satışını həyata keçirən 2 nəfər  - Fariz Mehdiyev və Əflatun Nəsrullayev saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, onlar İran vətəndaşlarının yaratdığı narkoşəbəkənin üzvləri olduqlarını etiraf ediblər.

Həmin şəxslərdən ümumilikdə 2 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib.

Saxlanılan şəxslər paytaxt ərazisində narkokuryerlik etdiklərini və onlayn yolla əldə etdikləri narkotiklərin satışını həyata keçirdiklərini bildiriblər.

Faktlarla bağlı 4-cü Polis Şöbəsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Fariz Mehdiyev və Əflatun Nəsrullayevin üzvü olduqları narkoşəbəkənin digər üzvlərinin və Binəqədi rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən olunması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.