Biri var bir ölkədə yaşayasan, nə olur olsun orada qalasan, biri də var fürsət tapan kimi aradan çıxıb başqa məmləkətə qaçasan. Başqa yerə qaçanın üzürlü səbəblə də gedər, ya da başı o qədər işləyər ki, bu baş doğulduğu yer üçün ağır olar. Ay dövlət, insanını öz qayda-qanunların ilə sıxmaqla hara qədər qova bilərsən ki? Misal üçün, İran İslam Respublikasının qadınlarının düşdüyü vəziyyətə baxaq. Bütün qadınlar başını örtməli, qapalı geyinməlidirlər. Buna qapalı geyinmək, baş örtmək deyilirsə əgər. Dar cins şalvarın üstündən dizdən nazik köynəyi geyib, bədəninin bütün konturlarını sadalatdıran, saçının qarşı tellərini əcaib formada yığan bu qadınlara necə baxmasınlar? Lap bizim bəzi sözdə qapanan, amma daha cəlbedici görünən qadınlarımız kimi elə gözə girirlər ki. Bu səbəbdən hər il yüzlərlə qadın İran əxlaq polisi tərəfindən cəzalandırılır. İranlı qadınlar deyildiyi qədər də azadlıqdan məhrum deyillər. Deyərdim ki, tək şıxıntıları geyimlə əlaqədardı. Biz qəlyana xor baxdığımız halda, onların qadınları üçün xüsusi qəlyanxanalar var. Şahidi olmuşam. Bizdə bu qələt( səhv) açıq şəkildə edilməz. Siğəsinin gəlhagəli olan bu ölkədə elə hallar olur ki, bizdə olsa daşqalaq edərik. İranlı qadınlar başqa ölkələrdə arzularına çatmağı da başarırlar. Bunlara üz versən bilirsiz də, neyləyirlər. Ölkəsindən çıxan kimi dərhal baş örtüyünü elə atırlar ki, sevincdən gözləri gülür. Paltar yavaş-yavaş daralır, açılır, düymələr sökülür…Başlayırlar boy göstərməyə. Yamanca döyülməkləri çatıb.
Dünən xarici kanalların birində maraqlı bir videoxəbər gördüm. Deməli, İsveçdə əslən iranlı lezbiyan cütlük imam nigahına giriblər. Təxminən xəbər belə idi. Məryəm və Sahar adlı qadınların nigahını imam Ludovik Məhəmməd Zahid adlı hemoseksual edib. Beləsinin nigahını da yalnız bənzəri olan qıla bilərdi. Videodan görünürdü ki, Sahar adlı qadın əlil arabasında olan və sümük xəstəliyindən əziyyət çəkən insandır. Amma nigahdan sonra öpüşən, görüşən bu qadınlar çox xoşbəxt görünürlər. Nə yaxşı ki, İrandan çox uzaqdadırlar, yoxsa….Baş verənləri müzakirə edəsi deyiləm. Sadəcə, görürsüz, insanın içindən keçən bu imiş, öz adətlərinə qarşı gəlib istədiyini başqa yerdə edir. Xatırlayırsınzsa, iki il əvvəl ABŞ-da “Şərait” adlı film çəkilmişdi. İranlı rejissor qadının çəkdiyi filmdə də lezbiyan qızların sevgisi göstərilirdi. Dedilər ki, güya İrana qarşı, qəsdən qərəzlə çəkilib. Bu film İran rejimi tərəfindən pislənsə də, xarici ölkələrdə ekranlara çıxdı.
Ümumiyyətlə, bundan sonra kimsə İranın özündə bəzi yolverilməz sayılan, amma baş verən mövcud vəziyyətləri müdafiə edə bilməz. Gördüyümü vaxtiylə görmüşəm, eşitmişəm.
Bir iranlı araq içə bilməz, deyirlər. İçər amma gizlicə, aşkar olunsa da döyülməyi, qamçılanmağı gözə alar. Belələri o qədər var ki. İranda İraqı sevmirlər, amma araq dəlisi olanlar çoxdur. Arağı da yaxşı tanıyıb seçirlər. Bizdən ora gedənlərə də qabaqcadan deyirlər ki, imkan varsa, araq gətir. Hətta dəfələrlə sərhəd gömrük məntəqəsində araqla keçmək istəyənləri tutublar. Spirt qoxulu insanlar, gözü qaynayan kişilər… İrandan hər qoxu gəlir, o bunu istəməsə, gizləməyə çalışsa da, gəlir. Dünyaya əxlaq dərsi keçənlərin son dərsinin zəngi çoxdan vurulub. “Əxlaqlı olaq” deməklə, əxlaqla yaşansaydı, nə vardı ki…
Son xəbərlər
Son Xəbərlər