İraq Azərbaycana başsağlığı verdi

iraq-azerbaycana-bassagligi-verdi
Oxunma sayı: 1662

İraq səfirliyi Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktı ilə bağlı başsağlığı verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İraqın Azərbaycandakı Səfirliyindən məlumat verilib.

Qeyd edək ki, bu gün Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” avtomatı ilə silahlanan İran vətəndaşı Yasin Hüseynzadə səfirlik binasına daxil olaraq mühafizə xidmətinin rəisini öldürüb, 2 əməkdaşı isə yaralayıb.