İraqın Ənbar əyalətinin Əl-Kaim şəhəri hava zərbələrinə məruz qalıb.
“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə “Əl-Cəzirə” kanalı məlumat yayıb.
Hava zərbələrində məqsəd bölgədəki İŞİD qüvvələrinin məhv edilməsi olub.
Bununla belə, hücumların İraq ordusu yaxud ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın həyata keçirdiyi açıqlanmır.
Qeyd edək ki, aprelin 1-də ABŞ İraq və Suriyaya endirdiyi zərbələr nəticəsində 396 nəfərin öldüyünü etiraf etmişdi.
Son xəbərlər
Son Xəbərlər