İraq ordusu 100 terrorçunu məhv edib

iraq-ordusu-100-terrorcunu-mehv-edib
Oxunma sayı: 734

İraqın Hərbi Hava Qüvvələrinin Anbar vilayətində həyata keçirdiyi əməliyyat nəticəsində İŞİD-in 100 üzvü məhv edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Ordudan verilən məlumata görə, Ana şəhərinə endirilən zərbələr nəticəsində 47 terrorçu öldürülüb. Daha 4 hava zərbəsini isə El-Kaym şəhərinə endiriblər.

Hücumlar zamanı terrorçuların bomba hazırladıqları ev və obyekt də dağıdılıb.