Ənbar vilayətinin qərbinin İŞİD terrorçularından təmizlənməsi üçün əməliyyat başlayıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, əməliyyat sünni və şiə qüvvələrinin birlikdə iştirakı ilə keçirilir.
Əməliyyat hazırda iki cəbhədən davam etdirilir.
Son məlumatlara görə, artıq 11 terrorçu öldürülüb, 3-ü isə sağ ələ keçirilib. İraq ordusundan isə 1 əsgər ölüb, 2 əsgər isə yaralanıb.
Son xəbərlər
Son Xəbərlər