İraq Parlamentinin Baş katibindən Prezidentə məktub

İraq Parlamentinin Baş katibindən Prezidentə məktub
Oxunma sayı:

İraq Parlamentinin Baş katibi Servan A.İsmail Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

“Qafqazinfo” xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Sizi və Azərbaycan xalqını Ermənistanla atəşkəs razılaşmasının imzalanması və ərazi bütövlüyünüzün bərpası münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Şübhəsiz ki, bu tarixi atəşkəs razılaşması bölgədə ədalətin bərqərar olmasında mühüm mərhələdir.

Mən və çoxmilyonlu xalqımız Sizin rəhbərliyinizlə bu atəşkəs razılaşmasının reallaşmasında böyük rolu olan digər liderlərlə əməkdaşlığınızdan qürur duyuruq.

İnanıram ki, bu razılaşma hər iki ölkənin və bölgədəki bütün xalqların maraqlarını təmin edəcəkdir”.