İraq Prezidenti aksiyada ölənlərin sayını açıqladı

iraq-prezidenti-aksiyada-olenlerin-sayini-aciqladi
Oxunma sayı: 1128

“Ötən ilin oktyabrından ölkədə keçirilən aksiyalar zamanı 600-dən çox insan ölüb”.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Davos forumunda çıxışı zamanı İraq Prezidenti Bərham Saleh bildirib:

“Zorakılıq aktı nəticəsində 600 günahsız nümayişçinin, gənc insanın ölümü çox ağrıdıcı və utancvericidir. Bu cinayətləri törədənləri, qanun pozuntusunu qınayaraq onların gec və ya tez məsuliyyətə cəlb olunacaqlarına inanıram”.

Xatırladaq ki, İraqda etirazçılar hökumətin istefası, korrupsiya, işsizliklə mübarizə və həyat səviyyəsinin yaxşılaşdırılması tələbi ilə ötən ilin oktyabrından aksiyalar keçirirlər. Mitinqlər zamanı 50 minədək insan yaralanıb.