İraq Prezidenti İlham Əliyevi təbrik edib

iraq-prezidenti-ilham-eliyevi-tebrik-edib
Oxunma sayı: 1411

İraq Prezidenti Bərham Saleh Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib. 

“Qafqazinfo”nun xəbərinə görə, təbrikdə deyilir: 

“Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının Milli Məclisinə bu yaxınlarda keçirilmiş növbədənkənar seçkilərdə rəhbərlik etdiyiniz partiyanın qələbə qazanması münasibətilə Zati-alinizi və dost Azərbaycan xalqını öz adımdan və İraq xalqı adından təbrik edirəm.
Sizə ali dövləti vəzifənizdə uğurlar, dost ölkənizə tərəqqi və rifah, xalqlarımız və dövlətlərimiz arasında əlaqələrin birgə əməkdaşlıq yolu ilə daha da inkişaf etməsini arzulayıram”.