İraq Prezidenti siyasi partiyalara 3 gün vaxt verdi

iraq-prezidenti-siyasi-partiyalara-3-gun-vaxt-verdi
Oxunma sayı: 1051

İraq Prezidenti Barham Saleh  etirazçıların da dəstəklədiyi yeni Baş Nazir namizədinin müəyyən edilməsi üçün Parlamentdə çoxluq təşkil edən siyasi partiyalara 3 gün vaxt verib.

“Qafqazinfo”nun xarici KİV-ə istinadən xəbərinə görə, bu barədə hökumətə yaxın mənbənin məlumatında deyilir. Saleh onlara ünvanladığı məktubunda partiya və qrup liderlərinin 72 saat ərzində yeni namizədi göstərmələrini tələb edərək, əks halda konstitusion hüququndan istifadə edərək hökumətin qurulması üçün müstəqil namizədi özünün irəli sürəcəyini bildirib.

Xatırladaq ki, İraqda hökumət əleyhinə aksiyalar səbəbindən Baş Nazir Adil Əbdülhəmid istefa verib. Aksiyaçılar hökumətə müstəqil şəxsin rəhbərlik etməsini istəyir.