İraq prezidentindən İlham Əliyevə məktub

iraq-prezidentinden-ilham-eliyeve-mektub
Oxunma sayı: 701

İraq Prezidenti Bərham Saleh dövlət başçısı İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

"Qafqazinfo" xəbər verir ki, təbrikdə deyilir:

"Əs-səlamu aleykum varahmatullahi vabarakatuhu.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizi təbrik etməkdən sevinc duyur, bu fürsətdən istifadə edərək İraq Respublikasının müxtəlif sahələrdə xalqlarımızın mənafeyi naminə dost ölkələrimiz arasındakı əlaqələrin inkişafına və möhkəmlənməsinə olan istəyini təsdiqləyirəm.

Cənab Prezident, Sizə davamlı müvəffəqiyyətlər və möhkəm cansağlığı, dost Azərbaycan xalqına inkişaf və rifah arzulayıram".