İraq rəsmiləri Bakıya gəlir

iraq-resmileri-bakiya-gelir
Oxunma sayı: 2647

İraq parlamentinin yüksək səviyyəli nümayəndə heyəti Azərbaycana gələcək.

“Qafqazinfo”nun İraq Xəbər Agentliyinə istinadən məlumatına görə, bunu parlamentin sədr müavini Həsən əl-Kaabi deyib.

Bildirilib ki, o, Azərbaycanın Bağdaddakı səfiri Nasir Məmmədovun rəhbərliyindəki heyəti qəbul edib.

“Nəcəf və Kərbəla Azərbaycan xalqının ən sevdiyi səyahət bölgəsidir”, - İraqla Azərbaycan xalqları arasındakı tarixi və dini bağlara toxunan Kaabi deyib.

O əlavə edib ki, N.Məmmmədov tərəfindən rəsmi dəvət alıblar: “Yüksək səviyyəli bir heyətimiz Azərbaycana səfər edəcək”.